- Baxış sayı: 17
- 11 May 2026 17:10
- Baxış sayı: 21
- May 11, 2026
- 0

İsveçrənin Nyon şəhərində qadın futbolçular arasında Avropa çempionatında pley-offun püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, millimiz 1-ci mərəhələdə “B” liqasının qrupunun ən yüksək reytinqlilərindən olan Portuqaliya ilə qarşılaşacaq.
Komandamız ilk oyununu oktyabrın 25-də evdə, cavab görüşünü isə oktyabrın 29-da səfərdə keçirəcək.
Bu cütün qalibi 2-ci raundda Belarus – Çex Respublikası cütünün qalibi ilə üz-üzə gələcək. Oyunlar noyabrın 27-də və dekabrın 3-də olacaq.
Azərbaycan – Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.