“İlk oyunu təhlil edib, səhvlərimiz müəyyənləşdirəcəyik”

Qadın futbol millimiz bu gün “Dalğa arena”da Türkiyəyə 0:1 yenilib. Allsport.az saytı xəbər verir ki, oyundan sonra baş məşqçimiz Siyasət Əsgərov bunu deyib:

“Aprelin 3-dən birlikdə məşq edirik. Bugünədək yaxşı hazırlıq keçmişik. Hər zaman demişəm, bu cür yoldaşlıq oyunları komandamızın inkişafı üçün çox önəmlidir. Etiraf etmək lazımdır ki, oyuna yaxşı başlamadıq.

Türkiyə millisi bundan məharətlə istifadə edib, erkən dəqiqələrdə hesabı açdı. Fasiləyədək nə qədər cəhd etsək də, hesabı bərabərləşdirə bilmədik. İkinci hissə daha yaxşı oynadıq. Hesabı bərabərləşdirmək şanslarımız var idi. Fürsətləri dəyərləndirə bilmədik.

İlk oyunu təhlil edib, səhvlərimiz müəyyənləşdirəcəyik. Səhvlərimiz üzərində çalışıb, ikinci oyuna daha fərqli çıxacağıq. Məqsədimiz qələbə qazanmaqdır”.

Həmin kateqoriyadan