İşığı sönən “Neftçi”nin rəsmi saytı da işləmir

Bu mövsüm qarşısına çempionluğu hədəf qoyan “Neftçi”nin son zamanlar işi düz getmir. Allsport.az saytı xəbər verir ki, 17-ci turda səfərdə “Zirə”yə yenilməklə təkhakimiyyətliliyi əldən verən “ağ-qaralar”, növbəti görüşdə autsayder “Sabah”a güclə 2:1 qalib gəlib.

Onda da komandanın ev oyunlarını keçirdiyi “Baksell arena”da işıqlar söndü, mübarizə 10 dəqiqə dayandı. Kim bilir, genaratorda da texniki nasazlıq olsaydı, çox güman, matç ertələnəcəkdi.

Bir müddətdir başıbəlalı “Neftçi”nin rəsmi saytı http://neftchipfk.com/ işləmir. Böyük ehtimalla, klubun veb səhifəsinin yerləşdiyi hostinqdə problemlər var. Ya da, durum elə acınacaqlıdır ki, serverin xidmət haqqı hələ də ödənilməyib. Çünki saytın işləməməsində bu amil, ilk qeyd olunub.

Həmin kateqoriyadan