“İstədiyimiz kimi mübarizə aparmadıq”

Premyer liqanın 27-ci turunda “Kəpəz” səfərdə “Zirə”yə 1:2 məğlub olub. Allsport.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Adil Şükürov oyun haqda danışıb:

“Hər şeydən əvvəl azarkeşlərimizə təşəkkür edirəm. Bütün oyunlarda bizə tribunadan dəstək verirlər. Bu, onların komandaya olan sevgisindən irəli gəlir. Matça gəlincə, bu gün tam istədiyimiz kimi mübarizə aparmadıq. Oyun ərzində bəzi vaxtlarda performans aşağı düşdü. Bunun qarşısını almalıyıq. Bu oyunu unudub, gələcək görüşləri fikirləşməliyik. Növbəti turlarda itirdiyimiz xalları qazanmalıyıq”.

Həmin kateqoriyadan