İstanbuldan Münhenə, yoxsa Dortmunda?

“Fənərbağça”nın sol cinah müdafiəçisi Fərdi Kadıoğlu “Bavariya”nın maraq dairəsindədir.

Allsport.az xəbər verir ki, 24 yaşlı futbolçuya təkcə Münhen nəhəngi deyil, keçmişdə xəbər verildiyi kimi Dortmund “Borussiya”sı da iddia edir. İnsayder Florian Plettenberqin yenilənmiş məlumatına görə, Kadıoğlunun yanvar transferi alıcılara təxminən 20 milyon avroya başa gələ bilər. “Bavariya” hələ də bu variantı nəzərdən keçirir, baxmayaraq ki, mənbənin qeyd etdiyi kimi, klub türkü optimal variant hesab etmir.

Həmin kateqoriyadan