İsveçrəni yendilər, Ukraynaya yenildilər

Bolqarıstanın Plovdiv şəhərində qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya çempionatı başa çatıb.

Allsport.az xəbər verir ki, gənc qız şpaqaçıların komanda yarışında Aynur Quliyeva, Xədicə Həsənli, Azərin İdrsizadəNazilə Rəhimovadan ibarət millimiz, ilk görüşündə İsveçrə yığmasına qalib gələrək, ən güclü 16-lığa yüksəlib.

Bizimkilər 1/4 finala yüksəlmək uğrunda görüşdə Ukrayna seçməsinə 28:45 hesabı ilə uduzub.

Oğlan və qız şpaqaçılar şəxsi yarışda 64-lüyə yüksələ bilməyib.

Həmin kateqoriyadan