- Baxış sayı: 72
- 28 Sentyabr 2026 13:27
- Baxış sayı: 299
- Noyabr 09, 2026
- 0

Bu gün şpaqaçımız Kənan Əliyev İsrailin Aşkelon şəhərində “Satellite” turnirində iştirak edib. Allsport.az saytı xəbər verir ki, qrupda 6 görüşdən 5-də qalib gələn həmyerlimiz, uğurlu çıxışını növbəti mərhələdə də davam etdirib.
O, 1/16 və 1/8 finalda israilli rəqiblərinə qalib gələrək ən güclü səkkizliyə yüksəlib. Burada da qılıncoynadanımız rəqibi İsrail təmsilçisi olub.
Kənan Əliyev 1/4 finalda Lev Averbuça məğlub olaraq, mübarizəni dayandırıb. İdmançımız turniri 6-cı pillədə başa vurub. Ümumilikdə yarışda 6 ölkədən 47 şpaqaçı medallar uğrunda mübarizə aparıb.