“Kəpəz” qalib gəldi, Tovuzda sülh

I divizionda 13-cü turdan təxirə salınmış oyunlar keçirilib. Allsport.az xəbər verir ki, əlverişsiz hava şəraitindən yarıda qalmış və 52-ci dəqiqədən oynanılan “Turan Tovuz” – “Sumqayıt-2” matçında qolsuz bərabərlik qeydə alınıb.

Günün digər matçı isə Gəncədə keçirilib. “Kəpəz” doğma meydanda “Qaradağ Lökbatan” üzərində inamlı qələbə qazanıb.

“Kəpəz” 3–1 “Qaradağ Lökbatan”
Qollar:
 Əli Səmədov, 14, 88; Emil Qasımov, 90+8 // Elnur Səmədov, 78

“Turan Tovuz” 0–0 “Sumqayıt-2”.

Həmin kateqoriyadan