“Kəpəz”in daha 2 rəqibi

“Kəpəz” qış hazırlığı dövründə daha 3 yoxlama oyunu keçirəcək. Allsport.az saytı xəbər verir ki, rəqiblərdən biri daha əvvəldən məlum idisə, 2 komandanın adı yeni müəyyənləşib.

Gəncə təmsilçisi yanvarın 25-də “Keşlə”nin (başlama saatı 12:00), 30-da “Qarabağ”ın 2-ci komandası ilə üz-üzə gələcək. Hər iki oyun Bakıda keçiriləcək. 

Bu matçlardan öncə isə “sarı-göylər” ayın 19-da səfərdə “Ağsu”nun qonağı olacaq. Görüş saat 13:00-da başlayacaq. “Kəpəz” ilk yoxlama oyununu “Turan Tovuz”a qarşı keçirib və 0:2 hesabı ilə yenilib.

Həmin kateqoriyadan