“Kəpəz”in futbolçuları ev şəraitində hazırlaşır

Koronavirus pandemiyasına görə divizionda yarış 19-cu turun oyunlarından sonra təxirə salınıb. 

Allsport.az xəbər verir ki, “Kəpəz”in əsas komandası artıq 2 həftəyə yaxındır ki, hazırlıq keçmir. Komanda üzvləri sonuncu hazırlıq prosesinə martın 14-də çıxaraq bundan sonra qeyri-müəyyən vaxta qədər evə buraxılıblar.

Geridə qalan dövrdə məşqçilər korpusu və futbolçular bir yerə yığışmasa da, sonunculara fiziki formanı qorumaq üçün müəyyən tapşırıqlar verilib. Baş məşqçi Yaşar Vahabzadənin sözlərinə görə, sonuncu məşqdən sonra oyunçularla fərdi halda hazırlaşmaları və daha çox nəyə diqqət yetirməli olduqları barədə danışılıb.

Karantin rejiminə əməl edən oyunçular ev şəraitində fərdi qaydada müəyyən fiziki hərəkətləri yerinə yetirməklə hazırlaşırlar.

Həmin kateqoriyadan