“Kəpəz”in futbolçusu əməliyyat olunub

1-ci divizionda 16-cı turun “Kəpəz” – “Zaqatala” matçında rəqib futbolçunun kobud oyunu nəticəsində zədələnərək görüşü davam etdirə bilməyən meydan sahiblərinin üzvü Nicat Verdiyev əməliyyat olunub. 

Allsport.az saytı xəbər verir ki, “sarı-göylər”in əsas heyətinin üzvünə MRT müayinəsi zamanı körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Gəncədə özəl xəstəxanalardan birində əməliyyat edilən yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan kənar qalacaq.

Həmin kateqoriyadan