“Kəpəz”in futbolçusu: “İstəyimizdən dönməyəcəyik”

Divizionda mübarizə aparan “Kəpəz”in müdafiəçisi Novruz Məmmədov klubun media xidmətinə açıqlama verib. Allsport.az xəbər verir ki, o, təlim-məşq toplanışını dəyərləndirib:

“Neçə gündür ki, ağır məşqlər keçirik. Çox qaçmaq, mübarizə aparmaq üçün bu güc bizə lazım olacaq. Ona görə də maksimum səviyyədə çalışıb, fiziki gücümüzü qaydaya salmalıyıq. Məqsədimiz dəyişməyib. Bacardığımız qədər çox xal yığıb, yüksək yerlər uğrunda mübarizə aparacağıq. Düzdü, asan oyunlar olmayacaq. Amma biz istəyimizdən dönməyəcəyik”.

Həmin kateqoriyadan