“Kəpəz”in futbolçusu “Qarabağ”la oyun barədə nə deyib?

“Möhtəşəm oyun oldu. Görüşü 90 dəqiqə ərzində izləyənlər yəqin ki, darıxmadılar. Qarşılaşmadan, meydandakı mübarizədən zövq aldılar”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Kəpəz”in futbolçusu Əhməd Ayzaya premyer liqanın 21-ci turunda evdə “Qarabağ” ilə 1:1 etdikləri oyundan sonra deyib. “Sarı-göyləri”in bərabərlik qolunu vuran yarımmüdafiəçi Gəncə klubunu turnir cədvəlində yuxarı pillələrə layiq olduğunu qeyd edib:

“Çempionatın lideri ilə görüşdə qazandığımız bir xal yaxşı nəticədir. Ona layiq idik. Çünki meydanda sərf etdiyimiz gücün və zəhmətin sayəsində nəticə qazandıq. Biz hazırkı mövqeyimizdən daha yaxşısına layiq oyun nümayiş etdiririk. Mübarizə əzmi yüksək, nəticəyə istəkli olan kollektivimiz var”.

Həmin kateqoriyadan