Kərimovdan rekord, Baukdan 3 top

Azərbaycan kubokunda 2005/06 mövsümündə debüt edən “Qəbələ” indiyədək keçirdiyi 66 matçda 112 qol vurub. Allsport.az xəbər verir ki, bunlardan ikisi rəqiblərin avtoqoludursa, digər toplara “qırmızı-qaralar”ın 56 oyunçusu imza atıb.

Komandanın kubokdakı ən məhsuldar futbolçusu Kənan Kərimovdur. Onun aktivində 7 qol var. Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənib. Daha 5 oyunçu üçdən çox qola imza atıb. Onların hərəsi 4 dəfə rəqib qapısına yol tapıb.

Hazırda “Qəbələ”nin formasını geyinənlər arasında rekordçu Klesio Baukdu. O, cəmi 2 matçda iştirak etsə də, 3 qolun müəllifidi.

Həmin kateqoriyadan