Karateçilər dünya çempionatında

Azərbaycanın ənənəvi karate üzrə yığna komandası Fudokan üslubu üzrə 10-cu dünya çempionatında iştirak etmək üçün Polşanın Pulavi şəhərinə yola düşüb.

Allsport.az xəbər verir ki, komandanı Heydər Əliyev beynəlxalq hava limanından Azərbaycan karate federasiyasının (AKF) baş katibi Qabil Sayadov yola salıb.

Yığmaya AKF prezidentinin köməkçisi, ənənəvi karate fudokan üzrə nümayəndə Vüsal Abdullazadə rəhbərlik edir.

Dörd ildən bir keçirilən dünya çempionatı 8-11 mayı əhatə edir.

Həmin kateqoriyadan