Türkiyə superliqasında “Kayserispor” azarkeşlərindən “Qarabağ” dəstək!

Bu gün Türkiyə superliqasında keçirilən “Kayserispor” – “Konyaspor” matçında tribunada diqqət çəkən məqam qeydə alınıb. Allsport.az saytının məlumatına görə, ev komandanın azarkeşləri “Sabah”qəzetinin əməkdaşına cavab olaraq əllərində “Qarabağ” pankartı tutaraq komandamıza dəstək nümayiş etdiriblər.

Xatırladaq ki, adı çəkilən qəzetdə çalışan həmkarımız çempionlar liqasının qrupunda Bakıda Madrid “Atletiko”su ilə oyunda stadionda futbolsevərlərimizin bu hərəkətinə rişxəndlə yanaşmışdı. Amma sonradan böyük etirazla qarşılanaraq bu yazısına görə rəsmən klubumuzdan üzr istəmişdi.

Oyuna gəlincə, görüş “Kayserispor”un 2:1 hesablı qələbəsi ilə bitib.

 

Həmin kateqoriyadan