Keçmiş “Qarabağ”lı super liqa klubunu çalışdıracaq

“Kayserispor”un yeni baş məşqçisi müəyyənləşib. Allsport.az xəbər verir ki, Rumıniyalı baş məşqçisi Dan Petresku ilə yollarını ayıran super liqa təmsilçisini bundan sonra Uğur Qulaqsız çalışdıracaq.

O, mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək. Uğur Qulaksız Dan Petreskunun təyinatından sonra onun köməkçisi kimi çalışırdı. Mütəxəssis 2011-2012-ci illər aralığında “Qarabağ”ın futbol akademiyasında da işləyib.

“Kayserispor” bu mövsüm super liqada keçirdiyi 25 oyuna 25 xal toplayıb və 16-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan