“Keşlə”nin yubiley qolunu Xəzər Mahmudov vurub

Azərbaycan kubokunun 1/8 final mərhələsi “Keşlə” üçün əlamətdar hadisə ilə yadda qalıb. Allsport.az saytı xəbər verir ki, müxtəlif illərdə ayrı adlarla çıxış edən klubumuz yarışın tarixində 50-ci qələbəsini qazanıb. “Qırmızılar”ın yubileyi 1/8 finalın “Kəpəz”lə görüşünə təsadüf edib. Bu qələbələrdən 29-u evdə, 20-si səfərdə, 1-i neytral meydanda qazanılıb.

3:1 hesabı ilə qalib gələn “Keşlə” kubokda 50 və daha çox qələbə qazanan 4-cü komanda kimi tarixə düşüb. Yalnız üç komanda – “Neftçi”, “Qarabağ” və “Kəpəz”in qalib gəldiyi matçların sayı daha çoxdur.

“Kəpəz”in qapısına vurulan 3-cü top “Keşlə”nin öz meydanında vurduğu 90-cı qol olub. Yubiley topuna Xəzər Mahmudov vurub.

Həmin kateqoriyadan