“Keşlə”nin 25-ci üzüntüsü

“Keşlə” ölkə Azərbaycan kubokunda 25-ci məğlubiyyətini alıb. Allsport.az saytı xəbər verir ki, bu uğursuz yubiley 1/4 finalda “Qarabağ”la ilk oyununda gerçəkləşib. 

Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları ilə çıxış etmiş paytaxt təmsilçisi kubokda 96-cı görüşündə 25-ci yenilgisini alıb. Hesabında 49 qələbə olan “Keşlə” 50-ci uğurunu cavab qarşılaşmasında qazanmağa çalışacaq.

22 heç-heçə edən “qırmızllar” 158 qol vurub və 95-ni buraxıb. “Keşlə”nin 25 məğlubiyyətindən 8-i evdə, 14-ü səfərdə, 3-ü neytral meydanda qeydə alınıb.

Həmin kateqoriyadan