“Kimyagərlər”ə ciddi xəbərdarlıq

Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra ölkə kubokunun 1/2 final oyunları ilə bağlı qərarlar qəbul olunub:

“Qəbələ” – “Qarabağ” matçında rv sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

“Sumqayıt” – “Zirə” matçı başa çatdıqdan sonra, “kimyaçılar”ın mühafizəçisi Elnur İbişov meydana daxil olduğuna görə kluba ciddi xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu cəza gözləyir.

Həmin kateqoriyadan