“Komandam təlaşa düşmədi və istədiyimizi yerinə yetirdilər“

“Sumqayıt” Azərbaycan kubokunun 1/16 final mərhələsində “Karvan”a 3:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb. Allsport.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Samir Abbasov oyun haqda danışıb:

“Futbolçularımı və rəqibi təbrik edirəm. “Karvan”dan xoşum gəldi. Sevindirici haldır ki, oyunu zədəsiz başa vurduq. İkincisi, komandam panikaya düşmədi və istədiyimizi yerinə yetirdilər. Son oyun öncəsi əhvalımızın korlanmasına icazə vermədilər.

Oyunu erkən bitirə bilərdik. Bəzi epizodlara ürəklə yanaşsaydılar, narahatlıq olmazdı. Rəqib sona qədər eyni oyunu oynadı. Aşağı liqa klublarının belə oyunu normaldır. Əsas olan qələbə qazanmaq idi”.

Həmin kateqoriyadan