Kommersiya və korporativ sosial məsuliyyət mövzusunda seminar

AFFA-nın təşkilatçılığı, “UEFA Grow” və Futbolun İnkişaf Fondunun dəstəyilə 17-18 oktyabr tarixlərində “Fairmont” hoteldə klub dəstək proqramı çərçivəsində kommersiya və korporativ sosial media məsuliyyəti mövzusunda seminar keçirilib.

Allsport.az saytı xəbər verir ki, toplant;da premyer liqada mübarizə aparan klubların, həmçinin 1-ci divizionda çıxış edən “Araz-Naxçıvan”, “İmişli” və “Zaqatala” klublarının, PFL-in nümayəndələri, eləcə də UEFA Grow biznesin inkişafı üzrə meneceri Oleksandr Kuçeravyi, Moldovanın “Şerif” klubunun nümayəndəsi Stanislav Çiorpets, SPORTMATTERS agentliyinin nümayəndələri Tomas Liston və Duqlas Takrey və AFFA-nın əməkdaşları iştirak edib.

Seminar iştirakçılarına futbol klubunun kommersiya strategiyasının hazırlanması, idarə edilməsi və korporativ sosial məsuliyyət istiqamətində müxtəlif imkanlar haqqında seminar keçirilib. Seminarın sonunda hər iki mövzu üzrə klublar arasında qrant müsabiqəsi elan edilib.

Həmin kateqoriyadan