Kubokda II mərhələnin bütün cütləri müəyyənləşib

Azərbaycan kubokunun 2023/2024 mövsümündə II təsnifat mərhələsinə yekun vurulub.

Allspor.az xəbər verir ki, Premyer liqa təmsilçiləri mübarizəyə qoşulduğu II mərhələnin bütün cütləri bəlli olub.

“Səbail” səfərdə II liqada çıxış edən “Şəfa”nın qonağı olacaq. “Sumqayıt”ın da bu mərhələdəki rəqibi güclü deyil. “Gənclik təmsilçisi” səfərdə “Lerik”lə qarşılaşacaq.

Qeyd edək ki, II mərhələnin oyunları noyabrın 28-30-da baş tutacaq.

II təsnifat mərhələsi
28-30 noyabr

“Şəfa” – “Səbail”
“Zaqatala” – “Şamaxı”
“Turan Tovuz” – “Göygöl”
“Araz-Saatlı” – “İrəvan”
“Kür-Araz” – “Araz-Naxçıvan”
“İmişli” – “Mingəçevir”
“Lerik”– “Sumqayıt”
“Karvan” – “Difai Ağsu”
“Şahdağ Qusar” – “Qaradağ Lökbatan”
“Kəpəz” – “Baku Sportinq”
MOİK – “Cəbrayıl”

Həmin kateqoriyadan