“Kür-Araz” və “Cəbrayıl” növbəti mərhələdə

Azərbaycan kubokunda I təsnifat mərhələsi davam edir. Allsport.az xəbər verir ki, mərhələnin ikinci günündə daha 3 oyun keçirilib.

II liqa komandaları mübarizə apardığı bu raundda “Ağdaş” – “Cəbrayıl” oyunu gərgin mübarizə şəraitində keçib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Əlavə vaxtın başa çatmasına 4 dəqiqə qalmış qonaq komanda penalti zərbəsini dəqiq yerinə yetirərək, hesabı açıb. Son saniyələrdə daha bir qol vuran qonaq komanda 2:0 hesabı ilə qələbə qazanıb.

“Sheki City” öz meydanında “Kür-Araz”a 1:2 hesabı ilə uduzub. “Baku Sportinq” isə “Kürmük Qax”la oyunda əziyyət çəkməyib. Meydan sahibləri rəqib qapısından 6 cavabsız top keçiriblər.

Həmin kateqoriyadan