London-2012-nin iştirakçısı lisenziya xallarını artırmağı düşünür

21-24 noyabrda Fransanın Orlean şəhərində sablyaçılar arasında dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu şəxsi yarışda Azərbaycan milli komandası da iştirak edəcək. Baş məşqçi Fikrət Vəliyevin heyəti ənənəvi dörlükdən ibarətdir: Səbinə Mikina, Fatma İbrahimova, Sevil və Sevinc Bunyatova bacıları.

Seçmə kollektvin ən reytinqli qılıncoynadanı saytımıza açıqlamasında deyib ki, məqsəd uğurlu çıxış etməkdir: «Bu il bəzi yarışları buraxdıq. Bu səbəbdən reytinqim aşağı düşüb. İndi dünya sıralamasında 31 xalla 49-cu yerdəyəm. Gələn ilin martından Rio Olimpiadasına seçmə yarışlar başlayacaq. O vaxta qədər toparlanacağıq».

FOTO: Dilavər Nəcəfov

Həmin kateqoriyadan