“Məncə, komanda toparlanacaq”

“Araz-Naxçıvan” Azərbaycan kuboku 1/4 final mərhələsinin cavab oyununda “Qəbələ”yə 0:2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb. Allsport.az xəbər verir ki, muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov oyun haqda danışıb:

“Xüsusilə də birinci hissə haqda çox danışmaq istəmirəm. İstər premyer liqada, istərsə də kubok oyunlarında irəli getmək istəyən komanda belə sadə, bəsit qollar buraxmamalıdır. Çünki bu cür qoldan sonra psixoloji gərginlik yaranır. Artıq bir yolumuz var, çempionata diqqət yetirməliyik. Məncə, komanda toparlanacaq. Qarşıdakı matçlarda daha yaxşı oyun gözləyirəm”.

Həmin kateqoriyadan