“Məqsədimiz gənclərə üstünlük verməkdir”

“Qarabağ-2”nin baş məşqçisi Cavad Mirzəbəyli açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, mövsümün ilk yarısını belə dəyərləndirib: “Bu mövsüm çempionat daha gərgin keçir. Oyunlarda aşkar favorit və autsayderin olduğu hiss edilmir. Mövsümün ilk yarısında gənc futbolçulara ən çox şans verən komandalardan biriyik.

Məqsədimiz gənclərə üstünlük vermək və əsas komandaya limitə uyğun futbolçular qazandırmaqdır. Bütün komandalarla başabaş mübarizə aparırıq. Bəzi matçlarda təcrübə baxımından nəticə qazana bilmirik. Çünki gənc oyunçular hələ təcrübə qazanırlar.

Bu da başadüşüləndir. Çalışacağıq ki, mövsümün 2-ci yarısında da gənclərə üstünlük verək və onları inkişaf etdirək. Ümid edirəm ki, çempionatı yaxşı pillədə başa vuracağıq. Bunun üçün potensialımız var”.

Həmin kateqoriyadan