“Mərhələni keçə bilməsək də, futbolçularımın oyunundan zövq aldım“

Azərbaycan kubokunun 1/4 final mərhələsi cavab oyununda “Sumqayıt” səfərdə “Neftçi” ilə 1:1 hesablı heç-heçə edib və turnirlə vidalaşıb. Allsport.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Samir Abbasov oyun barədə danışıb:

“Bu gün mərhələni keçə bilməsək də, futbolçularımın oyunundan zövq aldım. Çox yaxşı oynadılar. Zədəlilərimiz var idi, sistemimizi də dəyişdik. Uşaqların bu üç oyunu eyni tonusda saxlaması çox xoş idi. Futbolçularım qələbə qazanmaq, mərhələni keçmək istəyirdi. Sadəcə, birinci oyundakı səhvlərimiz bu yerə çatdırdı.

Bu oyunu da çıxara bilərdik. Başabaş oyun getdi. Bəzi vəziyyətlərdə daha üstün oyunumuz göründü. Rəqibi təbrik edib, qarşıdakı matçlarda uğurlar arzulayıram”.

Həmin kateqoriyadan