- Baxış sayı: 50
- 13 Noyabr 2026 23:56
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Türkiyənin “Başağşəhər” klubunda çıxış edən Məsud Özil, ölkəmiz dəstək nümayiş etdirib. Allsport.az saytı xəbər verir ki, 34 yaşlı ulduz futbolçu Azərbaycan – Ermənistan sərhədində baş verənlərlə əlaqədar özünün rəsmi İnstaqram səhifəsinin “Tarix” bölümündə paylaşım edib.
Almaniya millisinin keçmiş üzvünün paylaşımında bildirilib: “Azərbaycan – Ermənistan sərhədində baş verən silahlı toqquşmada şəhid olan Azərbaycan əsgərlərimizə Allahdan rəhmət diləyir, kədərli ailələrinə başsağlığı verirəm”.
O, 44-günlük 2-ci Vətən müharibəsi zamanı da Azərbaycana dəstəyini ifadə etmişdi.