Mahir İstanbulda fərqləndi, “Beşikdaş” 2-ciliyi əldən verdi

Türkiyə super liqasının 38-ci – son turunda “Beşikdaş” evdə “Konyaspor” ilə qarşılaşıb. Allsport.az xəbər verir ki, “qartallar”, Fernandez (6-ci dəqiqə) və Mulekanın (41-ci dəqiqə) vurduğu qollarla önə keçiblər. İlk hissəyə əlavə olunmuş 2-ci dəqiqədə Oğulcan Ülgün fərqi azaldıb (1:2).

İkinci hissənin əvvələrində millimizin oyunçusu Mahir Əmrəli, vurduğu dəqiq zərbə ilə komandasına bərarərliyi gətirib (2:2). Bundan sonra Konya təmsilçisinin oyunçusu Alixandro Pozuelo 51-ci dəqidədə vurduğu qolla komandasını önə çıxarıb (3:2).

Ancaq çox keçmədən “ağ qaralar”ın müdafiəçisi Teyfur Mingöl, 62-ci dəqiqə fərqlənərək yenidən bərabərlik gətirib və matç 3:3 hesabı ilə bitib.

Həmin kateqoriyadan