Mahir “qartal” olacaq?

“Qarabağ”ın hücumçusu Mahir Əmrəli Türkiyənin “Beşiktaş” klubuna təklif edilib. Allsport.az “Fotospor”a istinadla xəbər verir ki, 23 yaşlı hücumçu İstanbul klubunun prezidenti Əhməd Nurun “CBC Sport”a açıqlamasından sonra “qara qartallar”a təklif edilib.

O, Pərviz Musayev və Elçin Cəfərovun aparıcısı olduğu “Türkiyədən futbol” proqramında “Ən yaxşı azərbaycanlı futbolçuları bizə göstərin, “Beşiktaş”da oynadaq” demişdi.

Məlumata görə, Mahir karyerasını ölkə xaricində davam etdirmək fikrindədir. Əmrəli ötən mövsüm 7 qolla Azərbaycan çempionatında bombardir olub.

Həmin kateqoriyadan