- Baxış sayı: 48
- 13 Avqust 2026 23:45
- Baxış sayı: 568
- Avqust 12, 2026
- 0

Allsport.az xəbər verir ki, Türkiyə super liqasının 30-cu turunda “MEDAŞ stadionu”nda “Konyaspor” “Adana Dəmirspor”u qəbul edib.
Qonaqlar 28-ci dəqiqədə Badou Ndiayenin qolu ilə önə keçiblər. Ev sahibləri 40-cı dəqiqədə millimizin hücumçusu Mahir Əmrəli ilə hesabı bərabərləşdirib (1:1).
Amma rəqib 58-ci dəqiqədə Çeriff Ndiaye ilə penaltidən yenidən önə keçib və sonda qələbə qazanıb (2:1).
Qonaq komandanın 2-ci qolundan sonra “Adana”nın futbolçuları ilə “Konyaspor”un qapıçısı Sehis arasında qısa gərginlik yaşanıb.
Bu haqda Mahir öz sosial şəbəkəsində paylaşım edib. Təcrübəli futbolçu belə yazıb: “Deyiləcək çox söz var, amma lazım deyil. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm”.
