- Baxış sayı: 25
- 03 Noyabr 2026 22:47
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Mançester Siti” klubun idman direktoru Aytor Beqiristeynin 2025-ci il klublararası dünya çempionatından sonra vəzifəsini tərk edəcəyini təsdiqləyib.
Allsport.az xəbər verir ki, 60 yaşlı mütəxəssis 2012-ci ilin oktyabrından “şəhərlilər”lə işləyir.
Onu hazırda “Sportinq Lissabon”da çalışan Uqo Viana əvəz edəcək. Viana gələn ilin yayında vəzifəsinin icrasına başlayacaq.