“Matçın son dəqiqələri bizim üçün təzyiqli keçdi”

“Sumqayıt” premyer liqanın 20-ci turunda “Turan Tovuz”a 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abbasov bunu söyləyib:

“Öncə bütün azarkeşlərimizi qələbə münasibəti ilə təbrik edirəm. Sonadək bizə güvəndikləri üçün onlara minnətdaram. Matça gəldikdə isə düşünürəm ki, yaxşı oyun keçirdik. Bəzi epizodlar var idi ki, mənim üçün çox xoş idi. Futbolçular artıq nə etmək lazım olduğunu bilirlər.

Matçın son dəqiqələri bizim üçün təzyiqli keçdi. Oyunçular axıra kimi dözə bilmədilər. Yeni futbolçuların ideal formada olmamağı başadüşüləndir. Buna baxmayaraq, uşaqlar vuruşdular, qol buraxmamaq üçün nələrsə etdilər. Əhsən! Qələbə resepti budur. Futbolçularım işlərinin öhdəsindən layiqincə gəldilər”.

Həmin kateqoriyadan