Menecerlərimiz kursda

Alldport.az xəbər verir ki, İtaliyanın Riççione şəhərində Avropa qılıncoynatma konfederasiyasının həmrəylik proqramı çərçivəsində İtaliya qılıncoynatma federasiyası tərəfindən menecerlər üçün yarışların təşkili ilə bağlı kurs təşkil olunub.

Avropanın 12 ölkəsinin menecerlərinin dəvət aldığı kursda Azərbaycan qılıncoynatma federasiyasının meneceri Adilə Əhmədova da iştirak edib.

Avropa qılıncoynatma konfederasiyasının prezidenti Corcio Skarsonun rəhbərliyi altında keçirilən kursu uğurla bitirən menecerlər sertifikatla təltif olunublar.

Həmin kateqoriyadan