Millilərimizin rəqibləri

Qızlardan ibarət U-17 və U-19 millisinin Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri məlum olub. Allsport.az xəbər verir ki, U-19 yığmamız “A” liqasında İtaliya, Polşa və Norveçlə birlikdə 7-ci qrupda mübarizə aparacaq. İlkin seçmə mərhələnin matçları 14 – 21 sentyabrda və ya 19 – 26 oktyabrda oynanılacaq.

2022-ci ildə Bosniya və Hersoqovinada təşkil olunacaq 17 yaşadək qızlardan ibarət milli komandalar arasında Avropa çempionatını ilkin seçmə mərhələsində yığmamız “B” liqasında Albaniya və Monteneqroya qarşı yarışacaq. Bu qrupun oyunları Albaniyada keçiriləcək.

Həmin kateqoriyadan