Millimizdən minimal hesablı qələbə

Qadın futbo millimiz dünya çempionatının seçməsində bu gün növbəti oyununu keçirib. Allsport.az xəbər verir ki, komandamız Bakıda Monteneqro ilə qarşılaşıb.

“Dalğa arena”da qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edib. Oyun 1:0 xeyrimizə başa çatıb. Bu, Azərbaycanın seçmə mərhələdəki ilk qələbəsidir.

Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv əvvəlki beş oyunun hamısından məğlub ayrılmışdı. Azərbaycan milli komandası Rusiyaya (səfərdə 0:2, evdə 0:4), Monteneqroya (0:2), Danimarkaya (0:8) və Maltaya (1:2) uduzmuşdu.

DÇ-2023-ün seçmə mərhələsi
“E” qrupu

30 noyabr

Azərbaycan – Monteneqro 1:0
Qol: Ayşən Əhmədova, 24.Hakimlər: Emanuela Rusta, Erinda Kume, Miryeta Salla, Soada Tuşay (hamısı Albaniya).
Bakı. “Dalğa arena”.

Xal durumu: Danimarka – 15, Rusiya – 15, Monteneqro – 9, Bosniya və Herseqovina – 4, Malta – 4, Azərbaycan – 3.

Həmin kateqoriyadan