- Baxış sayı: 47
- 13 Avqust 2026 23:45
- Baxış sayı: 567
- Avqust 12, 2026
- 0
Millimizin keçmiş hücumçusu Dəniz İlmazın yeni klubu müəyyənləşib. Allsport.az xəbər verir ki, 32 yaşlı futbolçu Türkiyənin 3-cü divizion təmsilçisi “Elzasığspor” ilə anlaşıb.
Dəniz 2019-cu ildə “Gənclərbirliyi”ndən ayrıldıqdan sonra klubsuz qalmışdı.
İlmaz 2016-cı ildə Azərbaycan yığmasına dəvət alıb və 2 oyun keçirib.