Millimizin oyununa təyinatlar

Qadın futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsində Polşa yığması ilə qarşılaşacağı oyunun təyinatları məlum olub. Allsport.az xəbər verir ki, qarşılaşmanı rumıniyalı Kristiana Mariana idarə edəcək. Ona Petruta Luqulesku və Daniela Konstantinesku kömək edəcək.

4-cü hakim funksiyasını Luliana Demetresku yerinə yetirəcək. UEFA nümayəndəsi isə italiyalı Marta Atsori olacaq.

Martın 11-də “ASK Arena”da keçiriləcək Azərbaycan – Polşa matçı saat 18:00-da start götürəcək.

Həmin kateqoriyadan