- Baxış sayı: 48
- 26 Sentyabr 2026 23:17
- Baxış sayı: 78
- Sentyabr 26, 2026
- 0

Türkiyənin “Trabzonspor” klubu “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadəni transfer etmək istəyir.
Allsport.az 61saat.com-a istinadən xəbər verir ki, Qaradəniz təmsilçisi 18 yaşlı yarımmüdafiəçini izləyir. Məlumata görə, “bordo-mavililər” gənc oyunçunu transfer etməyə qərar verib. “Trabzonspor”un Səbuhi üçün “Sumqayıt”la danışıqlar apardığı bildirilir.
U-21 millisinin üzvü “Sumqayıt”da bu mövsüm 11 oyun keçirib.