Mübariz Mənsimov: “Mən “Beşikdaş” azarkeşiyəm, prezident olmaq fikrim yoxdur”

“Xəzər Lənkəran“ klubunun yaradıcısı Mübariz Mənsimovun “Beşikdaş”ın prezidenti olacağına dair iddialar yayılıb. Allsport.az saytı xəbər verir ki, “qara qartallar”ın idarə heyətinin üzvü olan həmyerlimiz bununla bağlı açıqlama verib. “Palmali”nin rəhbəri belə bir fikirdə olmadığını deyib:

“Klubu alacağıma dair iddialar yayılır. İlk olaraq deyim ki, bu, müzakirə mövzusu belə deyil. Çünki “Beşikdaş” satılmır. Prezident olacağıma dair iddialar da var. Mən “Beşikdaş” azarkeşiyəm, prezident olmaq fikrim yoxdur. Əlimdən gəldiyi qədər kluba yardım etməyə çalışıram. Klubuma da uğurlar diləyirəm”.

İstanbul klubununda bir müddət əvvəl Fikrət Orman prezidenti vəzifəsindən istefa verdiyini açıqlayıb.

Həmin kateqoriyadan