Nadiri “Kəpəz”in hədəflərini açıqladı

“Kəpəz” elitanı tərk etdikdən sonra ardıcıl 3-cü mövsüm I Divizionda mübarizə aparacaq. Allsport.az xəbər verir ki, icraçı direktor İlqar Nadiri hədəfdən danışıb: “Biz inanırıq ki, komanda bu mövsüm mükafata layiq yerlərdən birini tutacaq. Bunun üçün klub rəhbərliyi, məşqçilər bütün addımları atır, müvafiq işlər görür. Çempionatda uğurlu çıxışa köklənmişik”.

Klub rəhbərliyi çempionatda ümidləri doğrultması üçün komandaya uyğun şəraitin yaradıldığını da bildirib: “Əlimizdə olan bütün imkanlardan istifadə edirik ki, uzun fasilədən sonra komanda tam gücü ilə çempionata hazırlaşa bilsin. Bunun üçün də uyğun şərait lazımdır. Təlim-məşq toplanışı dövründə futbolçular qidalanma ilə təmin edilib, müəyyən tibbi qayğılarla əhatə olunub”.

Həmin kateqoriyadan