Namiq “Bursaspor”da növbəti qolunu vurub

Millimizin üzvü Namiq Ələsgərov “Bursaspor”da növbəti qolunu vurub. Allsport.az saytı xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Türkiyə 1-ci liqasının 16-cı turunda “Manisa” ilə ev oyununda fərqlənib.

Start heyətində meydana çıxan futbolçumuz, 51-ci dəqiqədə komandasının yeganə qolunun müəllifi olub. O, 86-cı dəqiqədə əvəzlənib. Görüş 1:1 başa çatıb.

Bu, Namiqin liqada 4-cü qolu olub. O, ötən tur “Dənizlispor”la oyunda (3:1) da fərqlənmişdi.

“Yaşıl timsahlar” 18 xalla 14-cü yerdədir.

Həmin kateqoriyadan