Nani “Adana Dəmirspor”da

Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Nani karyerasını Türkiyə çempionatında davam etdirməyə yaxındır.

Allsport.az xəbr verir ki, Avstraliyanın “Melburn Viktory” klubundan azad agent kimi ayrılan 36 yaşlı futbolçu, “Adana Dəmirspor”un baş məşqçisi Patrik Kluivert ilə artıq uğurlu danışıqlar aparıb.

Nani yaxın vaxtlarda müqavilə imzalamadan əvvəl tibbi müayinədən keçəcək. O, Türkiyə klubu ilə artıq müqavilə imzalayıb.

“Adana Dəmirspor” Naninin karyerasında 9-cu klub olacaq. Portuqaliyalı karyerasının böyük hissəsini “Mançester Yunayted”də keçirib və bütün yarışlarda 230 matçda 71 qol vurub. Komanda ilə 2008-ci ildə ÇL-in qalibi olub və 4 dəfə İngiltərə çempionu olub.

Futbolçu 2015/16 mövsümündə Türkiyə təmsilçilərindən “Fənərbağça”nında şərəfini qoruyub.

Həmin kateqoriyadan