- Baxış sayı: 17
- 14 May 2025 12:57
- Baxış sayı: 76
- May 13, 2025
- 0
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması münasibətilə Naxçıvan muxtar respublikası ədliyyə nazirliyinin penitensiar xidməti və Naxçıvan futbol federasiyasının birgə təşkilatçılığı ilə qarışıq rejimli cəzaçəkmə müəssisəsində məhkumlar arasında minifutbol turniri keçirilib.
Allsport.az xəbər verir ki, tədbirin açılışında ədliyyə polkovnik-leytenantı Əli Rəhimov çıxış edərək turnirin əsas məqsədinin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların sağlam həyat tərzinə təşviqi və sosial adaptasiya prosesinin dəstəklənməsi olduğunu bildirib. Sonra Naxçıvan Futbol Federasiyasının baş katibi Raqif Abbasov tədbir iştirakçılarına qaydalar barədə izah verib, komandalara uğurlar arzulayıb.
Turnirdə bir neçə komanda iştirak edib, oyunlar dostluq şəraitində və qaydalara uyğun şəkildə təşkil olunub. Yarışın sonunda qalib komandaya kubok və medallar təqdim edilib.
Məhkumlar bu cür tədbirlərin motivasiya yaratdığını və cəmiyyətə reinteqrasiya prosesinə müsbət təsir göstərdiyini bildiriblər.
Bu kimi idman tədbirləri penitensiar xidmətin islah yönümlü fəaliyyətinin tərkib hissəsi olaraq mütəmadi həyata keçirilir.