Belçika və Niderlanddan qələbə

Belçika və Niderlanddan qələbə

Azərbaycanın ev sahibliyi etdiyi qadın voleybolçular arasında Avropa çempionatında “C” qrupunun ikinci gününün oyunları keçirilib.

Allsport.az xəbər verir ki, milli gimnastika arenasında ilk olaraq Belçika və İspaniya yığmaları üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Belçika 3:2 hesabı ilə qalib gəlib.

Digər oyunda Rumıniya və Niderland komandaları qarşılaşıb. Bu görüş də tay-breykə qədər davam edib. Niderland 3:2 hesablı qələbə qazanıb.

Beləliklə, iki turun ardından Azərbaycan millisi 3 xalla “C” qrupuna liderlik edir. Niderland və Belçikanın 2, İspaniyanın 1 xalı var. Rumıniya və Portuqaliya isə xalsızdır.

Həmin kateqoriyadan