“Bir anlıq nə baş verdiyini anlamadım”

“Bir anlıq nə baş verdiyini anlamadım”

Sloveniya paytaxtı Bratislavada gənclərin dünya çempionatının son günündə 70 kq-da sərbəst güləşçimiz Hacı Kərimov finalda iranlı Sina Mehdi Xəlili ilə qarşılaşdı. Gərgin keçən görüşdə təmsilçimiz 3:7 uduzdu. Mükafatlandırmadan sonra o Allsport.az saytına bunu dedi:

“Bağışlayan və mehriban Allahın adı ilə. Bu yarışa çox yaxşı hazırlaşmışdım. Finala qədər inamla irəlilədim. Həlledici tutaşmada bir anlıq nə baş verdiyini anlamadım – özümü itirdim və çoxlu xallar verdim.

Növbəti yarıda toparlanmağa çalışdım amma fərqi aradan qaldıra bilmədim. Allah qoysa, daha yaxşı hazırlaşıb ustalar arasında dünya çempionluğunu hədəfləmişəm. Ən böyük arzum isə, olimpiya çempionu olmaqdır”.

Kamran HACI, Bratislava

Həmin kateqoriyadan