- Baxış sayı: 43
- 04 Sentyabr 2026 11:37
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

“Gəncə” ABŞ-dən olan Mitçel Lataviusla anlaşıb.
Allsport.az xəbər verir ki, hücumçu mövqeyində çıxış edən basketbolçu ilə qarşıdakı mövsümün sonunadək müqavilə imzalanıb.
Boyu 203 sm olan 28 yaşlı forvard son mövsümü İrlandiyanın “Ballinkolliq” klubunda keçirərək çempionatın ən dəyərli oyunçusu (MVP) seçilib. O, mövsümlərarası fasilədə NBA yay liqasında “Detroyt Pistons” komandasının şərəfini qoruyub.