- Baxış sayı: 24
- 21 Avqust 2026 19:48

- Baxış sayı: 234
- Avqust 20, 2026
- 0


“Qarabağ”ın futbolçusu Kadi Borges Azərbaycan klublarının UEFA konfrans liqasındakı ən yaxşı bombardiri olub.
Allsport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi turnirdə 6-cı qolunu vurmaqla bu nəticəyə nail olub.
O, turnirin pley-off mərhələsinin “Tvente” ilə Niderlanddakı görüşündə (1:0) fərqlənib.
Bununla da Borges UEFA konfrans liqasında “Qarabağ”ın heyətində keçirdiyi 17 matçda 6-cı qolunu vurub. Onun əvvəlki 5 qolu 2021/2022 mövsümünə təsadüf edib. Yarımmüdafiəçi həmin vaxt III təsnifat mərhələsində Kiprin AEL (1:0) və pley-offda Şotlandiyanın “Aberdin” (3:1) komandalarına 1, qrup mərhələsində Kipr “Omoniya”sına (4:1) 2, pley-offda isə Fransanın “Marsel” (1:3) klubuna 1 qol vurub.
Bunadək Azərbaycan klublarının UEFA konfrans liqasındakı ən yaxşı bombardiri adına 3 şərik var idi. Kadidən başqa bunu bacaran futbolçulardan Coy-Lens Mikels “Sabah”ın, Rafael Utziq isə “Qəbələ” və “Zirə”nin heyətində 5 qol vurublar.
Kadi Borges “Qarabağ”ın heyətində avrokuboklarda ümumi qol sayını 11-ə çatdırıb.