- Baxış sayı: 123
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

Türkiyə super liqasında 2-ci tura start verilib.
Allsport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi “Ərzurumspor” doğma meydanda son çempion “Qalatasaray”ı qəbul edib.
Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Nəriman da bu matçda iştirak edib. 22 yaşlı forvard 55-ci dəqiqədə meydana daxil olub. O, 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Keçirdiyi hər iki oyunda məğlub olan “Ərzurumspor” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.